Təşkilatçının loyallıq proqramında iştirak haqqında
MÜQAVİLƏ
(AÇIQ TƏKLİF)
Bu Müqavilə“Buta Farm” Məhdud Məsuliyyətli Cəmiyyətinin(bundan sonra “Təşkilatçı”), bu Müqavilədə qeyd edilmiş Qaydalara uyğun olaraq Loyallıq Proqramında (bundan sonra Proqram) iştirak haqqında Müqavilə bağlamaq üçün fərdi olaraq Tərəf, birlikdə Tərəflər adlandırılan bütün maraqlı tərəflərə (bundan sonra İştirakçılar) ünvanlanmış, rəsmi açıq yazılı təklifidir.
Bu Müqavilənin predmeti Loyallıq Proqramı kartının təqdim edilməsi ilə Loyallıq Proqramı iştirakçılarının apteklər şəbəkəsinin aptek təşkilatlarında etdikləri məhsul alışına görə Təşkilatçı tərəfindən verilən güzəştlərdən yararlanmaq imkanından ibarətdir. Təklif olunan şərtləri qəbul etdiyi halda, bu açıq təklifi qəbul edən şəxs “Bonus Kartı” təqdim edərək bonuslar almaq, toplamaq və istifadə etməklə Loyallıq Proqramında iştirak edir, bu Müqavilədə qeyd edilmiş Qaydalara uyğun olaraq müqavilə üzrə İştirakçı olur.
1. Terminlər və anlayışlar
1.1. "Loyallıq Proqramı" ("Proqram") - Təşkilatçı tərəfindən hazırlanmış və İştirakçılara “Buta Aptek” (bundan sonra "Aptek(lər)") apteklər şəbəkəsinin Proqram həyata keçirilən ərazidəki apteklərində daha sonra istifadə etməklə alış-veriş üçün bonuslar almağa, həmçinin mal alarkən hədiyyələr, güzəştlər almağa imkan verən proqramdır. Loyallıq Proqramının qaydaları iləhttps://www.butaAptek.azsaytında tanış olmaq olar.
1.2. "Proqram Təşkilatçısı" ("Təşkilatçı") - "Buta Farm" Məhdud Məsuliyyətli Cəmiyyəti, VÖEN: 1401383441, Hüquqi ünvan: AZ1060, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə ev 1022. Proqramın idarə və inkişaf etdirilməsi ilə bağlı müstəsna hüquqlara malikdir və Proqram İştirakçılarına Proqramda iştirak Qaydalarında nəzərdə tutulmuş imtiyazların verilməsini təmin edir.
1.3.“Proqram İştirakçısı”- İştirakçı Kartına sahib olan, proqramda qeydiyyatdan keçərkən 18 yaşı tamam olan, Kartı almaq və onu könüllü aktivləşdirmək və/ya Kartdan istifadə etməklə Proqrama qoşulmağa könüllü razılığını bildirmiş hüquqi səlahiyyətli fiziki şəxsdir. Azərbaycan Respublikasının “Şəxsi məlumatlar haqqında” Qanununa uyğun olaraq, İştirakçı Kartın qeydiyyatı zamanı, habelə Təşkilatçıya təqdim etdiyi sorğu vərəqələrində, sorğularda, müraciətlərdə doldurduğu şəxsi məlumatlarını saxlamaq, emal etmək və istifadə etmək hüququnu Təşkilatçıya verir.
1.4.“İştirakçı kartı”- Proqrama qoşulmaq üçün razılığı alındıqdan sonra Təşkilatçı tərəfindən Proqram İştirakçısına verilən unikal QR kodu olan nömrələnmiş plastik məlumat-qeydiyyat kartı. Kart Təşkilatçının Sistemində İştirakçının şəxsiyyətinin identifikasiyası üçün nəzərdə tutulub. Proqram İştirakçısı tərəfindən“Buta Farm”apteklər şəbəkəsinin apteklərində məhsul üçün ödəniş edərkən Proqramın qaydalarına uyğun olaraq bonuslar toplamaq üçün Aptek satıcısına təqdim edilir. İştirakçının kartları kredit və ya ödəniş kartları, ödəniş vasitəsi, eləcə də nağd pulun ekvivalenti deyil və nağd pula dəyişdirilə, nağdlaşdırıla bilməz. Kart fərdi Bonus hesabına malikdir. Kartın etibarlılıq müddəti Proqramın etibarlılıq müddəti və ya Təşkilatçının qərarı ilə məhdudlaşdırılır. Kart Təşkilatçının mülkiyyətidir. Hər İştirakçı və telefon nömrəsi üçün yalnız bir kart aktivləşdirilə bilər.
1.5."Bonuslar"- Proqram Qaydalarına uyğun olaraq Təşkilatçının apteklər şəbəkəsinin apteklərində alınan mallara görə İştirakçının Bonus hesabına köçürülən virtual şərti bonus vahidləri. Hesablanmış Bonusların məbləği İştirakçı tərəfindən bu Qaydalara uyğun olaraq malların bir hissəsinin və ya tam dəyərinin ödənilməsi üçün istifadə edilə bilər. Bonuslar mühasibat uçotu məqsədləri üçün istifadə olunur və ödəniş vasitəsi, valyuta, qiymətli kağız deyil, miras olaraq ötürülmür və pul ekvivalenti şəklində verilə bilməz. Şirkət İştirakçı tərəfindən Proqram qaydaları pozulduqda Bonusları hesablamamaq, o cümlədən Proqram sistemlərinin texniki nasazlığı və ya Proqram İştirakçısının yanlış hərəkətləri nəticəsində İştirakçıya xəbərdarlıq etmədən səhv hesablanmış Bonusları silmək hüququnu özündə saxlayır. Bonusların etibarlılıq müddəti 12 (on iki) təqvim ayı (365 gün) təşkil edir. Göstərilən müddət İştirakçının kartına Bonusların hesablandığı tarixdən hesablanır. Göstərilən müddət başa çatdıqdan sonra istifadə olunmamış Bonuslar bərpa imkanı olmadan avtomatik olaraq İştirakçının Bonus hesabından silinir. Təşkilatçı bu şəkildə silinən bonuslara görə heç bir məsuliyyət daşımır.
1.6."Bonus hesabı"- Proqram İştirakçısının virtual, qeyri-maliyyə, şəxsi hesabıdır. İştirakçı“Buta Farm”apteklər şəbəkəsinin apteklərində məhsul alarkən bu hesaba Bonuslar toplayır, İştirakçının hesablanmış/silinmiş bonuslar və cari bonus balansı haqqında məlumatlar burada saxlanılır.
1.7."İştirakçının Qeydiyyat Forması"("Forma") - Proqram Təşkilatçısı tərəfindən təqdim edilən formadır, doldurulduqdan sonra fiziki şəxs bu Qaydalara könüllü razılığını bildirir və Proqramın iştirakçısı olmaq niyyətini ifadə edir.
Forma doldurulur:
- www.butaAptek.az saytında şəxsi kabinetdə;
- kassada aptek əməkdaşı ilə birlikdə;
- Çağrı mərkəzində telefon: *3103
1.8."Anket"- Proqramda iştirak etmək üçün fiziki şəxsin doldurduğu forma. Formanı doldurmaqla Proqram İştirakçısı Proqramın bütün qaydaları ilə razılaşdığını təsdiq edir. Anketin doldurulması fiziki şəxs tərəfindən şəxsi məlumatların könüllü olaraq Təşkilatçıya ötürülməsi deməkdir. Anketin doldurulması üsulu və forması Təşkilatçı tərəfindən müəyyən edilir.
1.9."Bildiriş"- Proqramda qeydiyyatdan keçərkən Anketdə göstərilən əlaqə məlumatlarından istifadə etməklə İştirakçıya təqdim edilən məlumat, o cümlədən reklam xarakterli.
1.10."İştirakçının şəxsi kabineti"("Şəxsi Kabinet") - Proqram Təşkilatçısının veb-saytının alt bölməsidir. Burada Proqram İştirakçısı bonus hesabının vəziyyəti ilə tanış ola, əlavə güzəştlər haqqında məlumat əldə edə, qeydiyyat zamanı göstərilən məlumatları düzəldə/əlavə edə, Bildirişləri aktivləşdirə/söndürə bilər.
1.11.“Proqramın keçirildiyi ərazi"– Proqramda "Buta Aptek" ticarət nişanı (brend) altında olan apteklər iştirak edir. Apteklərin tam siyahısı www.ButaAptek.az saytında var və vaxtaşırı yenilənir:
1.12."Proqramın veb-saytı"- Proqram Təşkilatçısınınwww.ButaAptek.azinternet ünvanında yerləşən veb-saytı, Loyallıq Proqramı haqqında məlumat mənbələrindən biridir.
1.13."Proqramın fəaliyyətə başlaması"- 27 sentyabr 2022-ci il tarixindən Proqram qeyri-müəyyən müddətə, lakin istənilən halda Təşkilatçı tərəfindən dayandırılana və ya ləğv edilənə qədər keçirilir. Təşkilatçı Proqramın bitməsinə 7 (yeddi) gün qalmış müvafiq məlumatı Proqramın veb-saytında yerləşdirməklə Proqramı istənilən vaxt dayandırmaq və ya ləğv etmək hüququnu özündə saxlayır. Proqram həvəsləndirmə tədbiri, risk və ya həyəcana söykənən lotereya və ya hər hansı digər oyun deyil. Bu Proqram çərçivəsində mükafatlar verilməsi nəzərdə tutulmayıb.
1.14."Şəxsi məlumatlar"- birbaşa və ya dolayısı ilə fiziki şəxsə, Proqram İştirakçısına (şəxsi məlumatların subyekti) aid olan istənilən məlumat. Proqram Təşkilatçısı tərəfindən fiziki şəxsin şəxsi məlumatlarının toplanması və işlənməsi yalnız subyekt şəxsi məlumatlarını toplamağa və emalına razılıq verdiyi halda və bu məlumatlar ictimai kateqoriyaya aid olduğu halda mümkündür.
1.15.“Müqavilə-təklif”- Təşkilatçı ilə fiziki şəxs arasında bağlanan, müqavilənin bağlanmasına tərəflərin razılığını müəyyən edən və Proqramın www.butaAptek.az internet ünvanında yerləşən rəsmi səhifəsində dərc edilmiş müqavilə.
1.16.“Təklifin qəbulu”(“Qəbul”) – fiziki şəxsin www.butaAptek.az saytında yerləşdirilən Proqramın şərtlərini qəbul etməsi faktı təklifin qəbulu (Sazişin bağlanması) deməkdir. Qəbulu həyata keçirməklə İştirakçı bu Müqavilənin və Proqramın şərtləri ilə tam tanış olduğunu və onlarla razılaşdığını, Kartı yalnız şəxsi, ailə, yaxud sahibkarlıq fəaliyyəti ilə əlaqəsi olmayan digər ehtiyaclar üçün əldə etdiyini, istifadə etdiyini təsdiq etmiş sayılır və belə ehtiyaclar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə zidd deyildir. Müqavilə-təklif İştirakçı - fiziki şəxs Təşkilatçının təklifini qəbul etdiyi anda, Təşkilatçının çağrı mərkəzinin əməkdaşına İştirakçı - fiziki şəxs tərəfindən Anketdə göstərilən mobil nömrəyə qısa mesaj (SMS) şəklində alınan OTP kod (birdəfəlik parol) təqdim edilməklə, yaxud Təşkilatçının aptekinin kassasında əməkdaşa birdəfəlik parol təqdim edilməklə və ya www.butaAptek.az. saytında Proqramın şərtlərinin qəbulunu təsdiqləməklə bağlanmış hesab olunur.
1.17."Proqramın Çağrı Mərkəzi"("Call-center") - Təşkilatçı tərəfindən təşkil edilən və *0366 telefonu ilə İştirakçılara məlumat-arayış xidmətləri göstərən Proqrama dəstək mərkəzi. Çağrı mərkəzinin iş vaxtı: həftənin 7 günü saat 09:00-dan 20:00-a kimi. İştirakçı Çağrı mərkəzi ilə əlaqə saxlayarkən təhlükəsizlik məqsədilə Kartın alınması və aktivləşdirilməsi zamanı verdiyi soyad, ad, ata adını, mobil telefon nömrəsini, doğum tarixini bildirməlidir.
Çağrı Mərkəzinin funksiyaları:
- Loyallıq kartlarının aktivləşdirilməsi;
- Bonusların balansının yoxlanılması, bonusların təshih edilməsi (düzəldilməsi);
- İtirilmiş kartın bərpası, müştərinin hesabındakı bonuslar balansının bərpası;
- Məlumat-arayış xidməti;
- Müştəriyə geri zəng;
- Məlumat dəstəyi;
- Keyfiyyətə nəzarət
1.18.Fors-major hallar
Bu Müqavilənin məqsədləri üçün Fors-major hallara ağıdakılar aiddir, lakin bununla məhdudlaşmır:
yanğın, tufan, tornado, qasırğa, sel, zəlzələ, quraqlıq, çökmə, müharibə və müharibə təhlükəsi, silahlı münaqişə, blokada, inqilab, üsyan, ümumi hərbi səfərbərlik, iğtişaşlar, kütləvi nümayiş, hərbi embarqo, torpaq sürüşməsi, digər təbii fəlakətlər, terrorizm aktı, təxribat, partlayış, hökumətin təyin etdiyi karantin, epidemiya, ixracın/idxalın qadağan edilməsi, yaxud məhdudlaşdırılması, komendant saatı, dəniz boğazlarının bağlanması və s.
2. MÜQAVİLƏNİN BAĞLANMA QAYDASI.Ümumi müddəalar. Proqramda iştirak şərtləri və qaydaları.
2.1. İştirak şərtləri Təşkilatçının qeyri-məhdud sayda fiziki şəxslərə (bundan sonra İştirakçılar), birlikdə Tərəflər adlandırılacaq, rəsmi açıq təklifidir və Loyallıq Proqramında iştirak şərtlərini, qaydalarını müəyyən edir. İştirakçı müqaviləyə qoşulma qaydalarına heç bir istisna və ya məhdudiyyət qoyulmadan bu İştirak Şərtlərini qeyd-şərtsiz qəbul etdiyini təsdiqləyir, İştirakçıların Proqram Təşkilatçısının təqdim etdiyi həvəsləndirmələrdən istifadə etmək imkanı predmeti təşkil edir. Təşkilatçı və İştirakçı qəbul edirlər ki, fiziki şəxsin (ərizəçinin) Kartı aşağıdakı üsullardan biri ilə aktivləşdirməsi təklifin qəbul edilməsi faktı deməkdir:
- www.ButaAptek.az saytında şəxsi kabinetdə;
- kassada aptek əməkdaşı ilə birlikdə;
- Çağrı mərkəzində telefon: *3103
2.2. Hər bir fiziki şəxsə yalnız bir İştirakçı Kartı rəsmiləşdirilə bilər. Bir İştirakçı üçün yazılmış bir neçə Kart müəyyən edilərsə, Proqram Təşkilatçısının bloklanmış kartlar üzrə toplanmış Bonuslar ləğv edilməklə, digər kartlardan daha əvvəl rəsmiləşdirilmiş orijinal Kart istisna olmaqla, İştirakçının bütün kartlarını bloklamaq hüququ vardır.
Qəbul etməklə İştirakçı aşağıdakıları təsdiq etmiş sayılır:
• şərtlərlə tam və bütünlüklə tanış olub və onlarla razıdır;
• Kartı yalnız şəxsi, ailə, yaxud sahibkarlıq fəaliyyəti ilə əlaqəsi olmayan digər ehtiyaclar üçün əldə etdiyini və istifadə etdiyini təsdiq etmiş sayılır və belə ehtiyaclar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə zidd deyildir.
3. Proqramda iştirak qaydaları
3.1. Proqramda iştirak etmək üçün İştirakçı, İştirakçı Anketini doldurduqdan və Proqram Qaydaları ilə (bundan sonra Qaydalar) razılaşdığını təsdiq etdikdən sonra, kartın verilməsi ilə Loyallıq Proqramı haqqında almaq üçün kassada aptek əməkdaşına müraciət etməlidir. Ərizədə aşağıdakı məlumatlar qeyd edilməlidir:
- Soyad, ad, ata adı;
- Mobil telefon nömrəsi;
- Doğum tarixi;
- Cins;
- Elektron poçt ünvanı.
“Buta Aptek” aptek şəbəkəsində loyallıq kartı alaraq Proqram İştirakçısı olmaq mümkündür.
• Təşkilatçı tərəfindən müəyyən edilmiş məbləğdə bütün alışlar üçün bonusların toplanması
• İştirakçının doğum günündə qeyri-referent mallar üçün hədiyyə bonusları və endirimlər
• Alınan məhsulların ödənilməsi hesabına yığılmış bonusların silinməsi.
3.2. Aptekdə alınan məhsullar üçün bonuslar Proqramda və ya promoaksiyalarda iştirak şərtlərinə uyğun olaraq avtomatik olaraq hesablanır. İştirakçının doğum günü ilə bağlı hədiyyə bonusları və endirimlər İştirakçı qeydiyyatdan keçirilərkən İştirakçı tərəfindən “doğum tarixi” xanasında qeyd olunan gündə və Kart aktivləşdirilərkən hesablanır. Bonuslar doğum tarixindən etibarən 14 gün ərzində etibarlıdır.
3.3. Yığılmış Bonuslar1 (bir) Bonus = 1 (bir) manatməbləğində silinir. Məhsul alışı zamanı Kartda yığılmış Bonusları silmək, həmçinin ayrıca xüsusi təkliflər çərçivəsində Proqram İştirakçıları üçün əlavə imtiyazlardan istifadə etmək üçün Proqram İştirakçısı kimi qeydiyyatdan keçməklə kartı aktivləşdirmək lazımdır.
Kartı aktivləşdirmədən kartda bonusları toplamaq və istifadə etmək mümkün deyil. Anketi doldurmaqla, İştirakçı Kartını almaqla İştirakçı bu Qaydalarla tanış olduğunu təsdiq edir, onlarla qeyd-şərtsiz razılaşdığını bildirir və onlara əməl etməyi öhdəsinə götürür.
3.4.Şəxsi məlumatlar:Proqram İştirakçısı Kartın aktivləşdirilməsi üçün Anketin Qeydiyyat formasını doldurmaqla, həmçinin gələcəkdə Kartdan istifadə etməklə, Proqram Təşkilatçısına şəxsi məlumatlarının Proqramda iştirak məqsədləri üçün istifadəsinə razılığını təsdiq edir. İştirakçının onun şəxsi məlumatlarının emalına razılığının alınması faktıwww.ButaAptek.azsaytında İştirakçının sorğu anketinin doldurulması və bu Qaydalarla tanış olma qrafasında işarənin qoyulması hesab edilir. Yeni Kartın qeydiyyatı zamanı fiziki şəxsin mobil nömrəsinə OTP kodu (birdəfəlik parol) olan qısa mesaj (SMS) göndərilir. Bu kodu kassada aptek satıcısına və ya Çağrı mərkəzinin əməkdaşına təqdim etdikdən sonra fiziki şəxs Təşkilatçı tərəfindən şəxsi məlumatların toplanması və emalına razılığını təsdiq edir. İştirakçı tərəfindən şəxsi məlumatların emalına razılıq verilməməsi onun Proqramda iştirakdan imtina etməsi hesab olunur və bu halda kart təqdim edilmir. İştirakçının şəxsi məlumatlarının Təşkilatçı tərəfindən toplanması və emalında məqsəd Təşkilatçı tərəfindən Proqram və İştirakçı Qaydalarında nəzərdə tutulmuş öhdəliklərini Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində lazımi qaydada yerinə yetirilməsindən ibarətdir (SMS, məlumatlandırıcı e-poçtlar göndərmək və s.). Loyallıq Proqramında iştirakın təmin edilməsi və İştirakçıya məlumat xidmətlərinin göstərilməsi, o cümlədən malların (işlərin, xidmətlərin, intellektual fəaliyyətin nəticələrinin) satışı üzrə şəxsi təkliflərin formalaşdırılması yolu ilə. İştirakçı razılaşır ki, onun şəxsi məlumatlarının emalı mövcud qanunvericiliklə icazə verilən istənilən üsullarla həyata keçirilə bilər, o cümlədən, lakin bununla məhdudlaşmayaraq: toplama; sistemləşdirmə; cəmləmə; saxlama; dəqiqləşdirmə (yeniləmə, dəyişdirmə); istifadə; yayılma (ötürülmə daxil olmaqla); şəxsiyyətsizləşdirmə; bloklama; məhv etmə, habelə qüvvədə olan qanunvericiliyə uyğun olaraq şəxsi məlumatlarla hər hansı digər hərəkətlərin həyata keçirilməsi. İştirakçı üçüncü şəxslərin şəxsi məlumatlarını təqdim etdiyi halda, İştirakçı bu məlumatların istifadəsi barədə üçüncü tərəfə məlumat vermək və müvafiq razılığın alınması ilə bağlı məsuliyyət daşıyır, Təşkilatçı isə bu məlumatları birbaşa birinci şəxsin özündən aldığı halda davrandığı kimi qəbul edir. Məlumatların emalı həm avtomatlaşdırma vasitələrinin istifadəsi ilə, həm də onlardan istifadə edilmədən (avtomatlaşdırılmamış emal ilə) həyata keçirilə bilər. İştirakçı qəbul və təsdiq edir ki, zəruri hallarda Təşkilatçı Proqramın məqsədlərinə nail olmaq üçün şəxsi məlumatları üçüncü tərəfə təqdim etmək hüququna malikdir. Həmin üçüncü şəxslər bu razılıq əsasında şəxsi məlumatları emal etmək hüququna malikdirlər.
İştirakçının şəxsi məlumatlarının işlənməsinə verdiyi razılıq İştirakçı tərəfindən geri götürülənə və ya Proqramın dayandırılmasına qədər etibarlıdır. İştirakçı istənilən vaxt *3103 Çağrı mərkəzinə zəng edərək şəxsi məlumatlarının emalına verdiyi razılığı geri götürmək hüququna malikdir. İştirakçı razılığını geri götürdüyü halda, Təşkilatçı geri götürmənin alındığı tarixdən otuz gündən çox olmayan müddətdə İştirakçının şəxsi məlumatlarının emalını dayandırır; bu halda şəxsi məlumatlar Təşkilatçı tərəfindən məhv edilir. İştirakçı Proqramın şərtlərini qəbul etməklə, Proqramda qeydiyyatdan keçməklə, o cümlədən aktivləşdirmə prosesi zamanı və gələcəkdə Kartdan istifadə etməklə, Təşkilatçıdan və ya üçüncü şəxslərdən elektron rabitə şəbəkələri vasitəsilə yayılan reklam məlumatlarını, o cümlədən telefon, faks, mobil radiotelefon rabitəsi, elektron poçt, internetdən istifadə etməklə reklam məlumatları, Təşkilatçının adından mobil radiotelefon şəbəkəsi vasitəsilə paylanan qısa mətn məlumatları (müəyyən ardıcıllıqla toplanmış, hərflərdən və (və ya) simvollardan ibarət məlumatlar (SMS)) almağa razılığını ifadə edir. İştirakçıinfo@butaAptek.azelektron poçt ünvanına müvafiq sorğu göndərməklə və ya İştirakçının Şəxsi Kabinetində müvafiq qeyd etməklə reklam bildirişlərini almaqdan imtina etmək hüququna malikdir.
3.5. İştirakçının identifikasiyası təqdim edilmiş Kart üzrə həyata keçirilir. Proqramın www.butaAptek.az saytındakı Şəxsi Kabinetə daxil olmaq məqsədilə Proqram iştirakçısını identifikasiya etmək üçün login Kart nömrəsi və qeydiyyat zamanı göstərilən telefon nömrəsindən ibarətdir.
3.6. Kartın təhlükəsizliyinə və Kartın üçüncü şəxslər tərəfindən istifadəsinə görə məsuliyyət bütünlüklə Proqram İştirakçısının üzərinə düşür. Kart Təşkilatçının mülkiyyəti hesab olunur və onun ilk tələbi ilə geri qaytarılmalıdır.
3.7. Proqram İştirakçısı Kartın vəziyyətinə, itirilməsinə, zədələnməsinə görə tam məsuliyyət daşıyır. Təşkilatçı Kartın dəyişdirilməsi, bərpası, yenilənməsi ilə əlaqədar yenidən buraxılış zamanı onun nominal dəyərini İştirakçıdan tələb etmək hüququnu özündə saxlayır.
3.8. Təşkilatçı, Proqram İştirakçısı Kartdan qeyri-dürüst istifadə etdiyi, o cümlədən qeyri-etibarlı qeydiyyat məlumatları təqdim etdiyi hallarda, birtərəfli qaydada Kartın fəaliyyətini dayandırmaq və bonus hesabını ləğv etmək hüququna malikdir.
3.9. İştirakçı istənilən vaxt İştirakçının Şəxsi Kabinetindəki Proqramdan çıxış formasından istifadə etməklə və ya *3103 qaynar xəttinə zəng etməklə Proqramda iştirakını dayandırmaq hüququna malikdir. İştirakçı şəxsi məlumatların emalı ilə bağlı razılığını geri götürdüyü halda, bu, İştirakçının Proqramdan çıxmaq ərizəsinə bərabər tutulur. Şəxsi məlumatlarının emalına razılığını geri götürmüş İştirakçının Proqramda iştirakına İştirakçı bu Proqramda nəzərdə tutulmuş qaydada razılığını geri götürdüyü andan xitam verilir, bundan sonra İştirakçının Kartı bloklanır.
3.10. İştirakçı Proqramdan çıxdığı halda, yığılmış bonuslar ləğv edilir.
4. Bonusların hesablanması
4.1. Bonusların hesablanması “Buta Aptek” apteklər şəbəkəsinin aptek təşkilatında həyata keçirilir. Təşkilatçı birtərəfli qaydada Bonusların hesablanması qaydalarını müəyyən etmək və dəyişdirmək hüququna malikdir. Xüsusi aksiyalar çərçivəsində Proqram İştirakçısının Bonus hesabına əlavə Bonuslar köçürülə bilər.
4.2. Bonusların hesablanması üçün Proqram İştirakçısı məhsulu almazdan əvvəl Kartı aptek kassasında kassirə təqdim etməklə, yaxud Kartını aktivləşdirərkən göstərilmiş mobil telefon nömrəsini səsləndirməklə Təşkilatçıya Bonusları yığmaq niyyəti barədə məlumat verməlidir. Proqram İştirakçısı məhsulu almadan əvvəl Kartı təqdim etməyibsə, həmin alış üçün Bonuslar hesablanmır. Bonuslar “Buta Aptek” apteklərində mal alındığı gün Kartın hesabına köçürülür. İştirakçı alışın Proqram çərçivəsində həyata keçirildiyini bildirmədiyi və İştirakçı Kartını təqdim etmədiyi, yaxud vaxtında təqdim etmədiyi halda, Təşkilatçı Bonusların hesablanmamasına görə məsuliyyət daşımır.
4.3. Proqram çərçivəsində İştirakçıya verilən bonuslar və hüquqlar satıla, verilə, bağışlana, başqa şəxsə verilə, yaxud başqa şəkildə istifadə edilə bilməz, yalnız bu Qaydalara uyğun olaraq və ya Təşkilatçının razılığı ilə. Bonusların nağd pul ifadəsi və pul dəyəri yoxdur və heç bir valyutaya, o cümlədən Azərbaycan Respublikasının manatına dəyişdirilə bilməz.
4.4. Mallar alınarkən qəbzdə eyni vaxtda digər loyallıq proqramlarından istifadə etməklə bonuslar hesaba daxil edilə bilməz. İştirakçı mal alarkən könüllü olaraq İştirakçı Kartındakı bonuslardan malların ödənişi üçün istifadə etmək, yoxsa Kartda alış üçün bonuslar yığmaq iradəsini ifadə edir. Proqram Təşkilatçısının öz rəyi əsasında müəyyən Malların ödənilməsi üçün bonusların istifadəsinə məhdudiyyətlər qoymaq hüququ vardır.
4.5. Bonuslar Kartın ilk təqdim edildiyi anda karta köçürülür. Bonuslar1 (bir) Bonus = 1 (bir) manatşəklində silinir. Təşkilatçı alış üçün hesablanmış bonusların məbləğini dəyişə bilər. Təşkilatçı www.butaAptek.az saytında məlumat yerləşdirməklə bu barədə İştirakçılara xəbərdarlıq etməlidir.
4.6. 24 saat ərzində kartla 5-dən artıq əməliyyat aparıla bilməz. Limitə çatdıqdan sonra kart qalan müddətə bloklanır. Sonrakı əməliyyatlar üçün bonuslar hesablanmır/silinmir. Ertəsi gün, 24 saatdan sonra kart əməliyyatlar üçün yenidən əlçatan olur.
4.7. Əlavə aksiyalarda iştirak etməklə əlavə sayda bonuslar da əldə etmək olar. Təşkilatçının təşəbbüsü ilə “Buta Aptek” apteklərindən alınmış ayrıca məhsul və ya məhsullar qrupu üçün Proqram İştirakçılarına xüsusi qiymətlər, artan bonusların hesablanması üçün əlavə aksiyalar keçirilə bilər. Aksiyaların qüvvədə olma müddəti, məhsulların siyahısı və xüsusi qiymətlərin məbləği Təşkilatçı tərəfindən birtərəfli qaydada müəyyən edilir.Bonusların hesablanması və silinməsi şərtləri ilə www.butaAptek.az saytının əlavə bölməsində və ya *3103 nömrəsinə zəng etməklə tanış olmaq olar.
5. Bonusların silinməsi
5.1. Proqram iştirakçısı “Buta Aptek” apteklərindən məhsul alarkən bonuslardan istifadə etmək hüququna malikdir, o şərtlə ki, Bonuslar kartdan həmin vaxt tutulsun.
5.2. Proqram İştirakçısının Hesabından Bonusların silinməsi yalnız İştirakçı bu Qaydalarda müəyyən edilmiş qaydada Proqramda qeydiyyatdan keçdikdən sonra mümkündür.
5.3. Bonusların silinməsi üçün Proqram İştirakçısı ödəniş etməzdən əvvəl Kartı aptek kassasında kassirə təqdim etməklə, yaxud Kartın qeydiyyatı və aktivləşdirilməsi zamanı göstərilən mobil telefon nömrəsini səsləndirməklə Təşkilatçıya silinmə niyyəti barədə məlumat verməlidir, əks halda silinmə həyata keçirilməyəcək. Malları alarkən İştirakçı könüllü olaraq malların haqqını ödəmək üçün bonuslardan istifadə etmək və ya onları toplamağa davam etmək iradəsini ifadə edir. Bonusların silinməsi xidməti İnternet şəbəkəsinin nasazlığı və aşağı siqnal səviyyəsi/mobil şəbəkələrin yüksək sıxlığı halında müvəqqəti olaraq əlçatmaz ola bilər.
5.4. Təşkilatçı aşağıdakı hallarda birtərəfli qaydada Bonusları İştirakçının hesabından silmək hüququna malikdir:
- Bonusların səhv hesablanması;
- Bonuslar hesablanmış malların qaytarılması; Kartdan istifadə etməklə alınmış malların dəyişdirilməsi və qaytarılması Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
İştirakçı Kartdan istifadə etməklə aldığı malı Təşkilatçıya və/və ya Tərəfdaşa qaytardığı halda, alıcıya ödənilmiş məbləğ (istifadə edilmiş bonuslar çıxılmaqla) geri qaytarılır və bonuslar karta qaytarılır. Əgər bonuslar köçürülbsə, onlar İştirakçının Bonus hesabından silinir (ləğv edilir).
5.5. Mövcud Bonuslar çərçivəsində Bonusların mallara dəyişdirilməsi üçün bonusların məbləği İştirakçı tərəfindən müstəqil olaraq müəyyən edilir və məhsulu almazdan əvvəl Kart təqdim edildikdən sonra kassirə məlumat verilir.
5.6. İştirakçı qismən Bonuslarla ödənilmiş alışdan bir və ya bir neçə malı qaytardıqda, İştirakçıya qaytarılmış malların dəyərindən bonuslarla alınmış mallar üçün ödədiyi məbləğ çıxılmaqla, geri qaytarılan mallar üçün vəsait geri qaytarılır. Bonuslar Təşkilatçının apteklərinin kassasında ödəniş zamanı mallara dəyişdirilə bilər. Edilən alış üçün karta daxil edilmiş bonuslar eyni alış üçün dəyişdirilə bilməz.
6. Təşkilatçının məsuliyyəti
6.1. İştirakçının Bonus hesabına və (və ya Bonus hesabından) Bonusların hesablanması və (və ya) silinməsi ilə bağlı hər hansı iddia olduqda, bu Təklifin şərtlərinin pozulmasına görə Təşkilatçının İştirakçı qarşısında məsuliyyəti İştirakçının Bonus hesabına müvafiq Bonus məbləğinin hesablanması/bərpası ilə məhdudlaşır.
6.2. Təşkilatçı məsuliyyət daşımır:
- İştirakçının təqsiri və/və ya səhlənkarlığı nəticəsində Proqram İştirakçısının Kartından icazəsiz istifadə və onun Bonus hesabına və şəxsi məlumatlarına daxil olma nəticəsində dəymiş ziyana görə; üçüncü şəxslər tərəfindən inzibati qanun pozuntuları (cinayət əməlləri) törədildiyi hallarda; fors-major hallar, habelə üçüncü şəxslərin digər hərəkətləri baş verdikdə;
- Təşkilatçı Proqramda iştirak nəticəsində İştirakçının və ya üçüncü şəxslərin hər hansı dolayı itkiləri və ya əldən çıxmış mənfəətlərinə görə məsuliyyət daşımır. Təşkilatçı aşağıdakılar nəticəsində İştirakçının itkilərinə görə məsuliyyət daşımır:
- Təşkilatçının internet saytına daxil olmaq üçün İştirakçının istifadə etdiyi avadanlıq və proqram təminatında “virusların” və digər zərərli proqramların olması;
- Saytda istifadə olunan sənədlərin rekvizitlərinin İştirakçı tərəfindən düzgün doldurulmaması;
- İştirakçının təqsiri, o cümlədən Kartın itirilməsi və ya üçüncü şəxsə verilməsi nəticəsində üçüncü şəxslərin qanunsuz hərəkətləri;
- İştirakçının serveri ilə Proqram veb-saytının serveri arasında internet-rabitənin olmaması (qurulmasının mümkün olmaması, dayandırılması və s.);
- Təşkilatçının veb-saytında işlərin yerinə yetirilməsi. Təşkilatçı saytın fəaliyyətini müvəqqəti dayandırmaqla saytın proqram-aparat kompleksində profilaktik işlər aparmaq hüququna malikdir. Fors-major hallar, habelə Təşkilatçı ilə əməkdaşlıq edən üçüncü şəxslərin proqram və aparat sistemlərində qəzalar, nasazlıqlar və ya üçüncü şəxslərin saytın fəaliyyətinin dayandırılması, yaxud dayandırılmasına yönəlmiş hərəkətləri (hərəkətsizliyi) zamanı İştirakçıya heç bir xəbərdarlıq edilmədən və heç bir zərərin əvəzi ödənilmədən Saytın fəaliyyəti dayandırıla bilər.
6.3. Təşkilatçı İştirakçının Bonus hesabı ilə əlaqədar Proqramın dayandırılmasına və ya xitamına görə məsuliyyət daşımır, o cümlədən, Proqram dayandıran və ya xitam verilən zaman Hesab üzrə Bonuslara görə məsuliyyət daşımır, lakin bunlarla məhdudlaşmır.
6.4. Proqram Təşkilatçısı İştirakçının bu Qaydaları bilməməsinə və ya tanış olmamasına görə məsuliyyət daşımır, mümkün mənfi nəticələrin bütün mümkün risklərini isə İştirakçı öz üzərinə götürür.
6.5. Təşkilatçı bu Qaydaları, o cümlədən Proqramın müddətini birtərəfli qaydada dəyişdirmək hüququna malikdir, Təşkilatçının www.butaAptek.az saytında əlavə bölmədə müvafiq elan yerləşdirmək və Təşkilatçının ixtiyarında olan digər vasitələrlə (o cümlədən İştirakçının telefon nömrələrinə qısa məlumatlar göndərməklə, habelə kataloqlarda və digər reklam materiallarında) bu barədə İştirakçıya xəbərdarlıq etmək şərti ilə.
6.6. Təşkilatçı texniki səbəblərə görə (rabitə kanallarının nasazlığı və ya sıradan çıxması, elektrik enerjisinin kəsilməsi, həmçinin avadanlıq və/və ya proqram təminatının texniki və/və ya texnoloji nasazlığı ilə bağlı digər hallarda) Kartlarla əməliyyatları müvəqqəti dayandırmaq hüququna malikdir.
6.7. Bonusların tutulması və hesablanması ilə bağlı Təşkilatçıya qarşı iddialar https://butaAptek.az/feedback/ səhifəsində təqdim olunur və iddialara Təşkilatçı tərəfindən alındığı tarixdən etibarən 30 (otuz) təqvim günü ərzində baxılmalıdır. Tərəflər arasında razılıq əldə edilmədikdə və mübahisənin danışıqlar yolu ilə həlli mümkün olmadıqda, mübahisəyə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılmalıdır.
7. İştirakçının məsuliyyəti
7.1. İştirakçı öz Şəxsi Kabinetində Proqramın veb-saytından istifadə etməklə/İştirakçı adından Şəxsi Kabinetdən istifadə etməklə həyata keçirilən bütün hərəkətlərə görə məsuliyyət daşıyır. Qeydiyyat formalarında səhv, qeyri-dəqiq, yaxud natamam məlumatların alınması nəticəsində sayta və ya veb-sayta cavabdeh olan şəxslərə, yaxud istənilən üçüncü tərəflərə dəyən hər hansı itki və ya ziyana görə məsuliyyət yalnız İştirakçının üzərinə düşür.
7.2. Proqram İştirakçısı öz şəxsi qeydiyyat məlumatlarının aktuallığına müstəqil nəzarət etməli və onlarda baş verən hər hansı dəyişikliklər barədə Təşkilatçıya vaxtında məlumat verməlidir. Şəxsi məlumatlara dəyişikliklər İştirakçının özü tərəfindən www.butaAptek.az saytında və ya Çağrı Mərkəzinin operatoru ilə əlaqə saxlamaqla edilə bilər.
7.3. İştirakçının təqsiri və ya səhlənkarlığı nəticəsində Kartın təhlükəsizliyinə, habelə üçüncü şəxslərin Karta və (və ya) Şəxsi Kabinetə daxil olmasına görə məsuliyyət İştirakçının üzərinə düşür.
8. Kartın itirilməsi və ya zədələnməsi
8.1. Kartın itirilməsi və ya zədələnməsi halında İştirakçı Kartı yeniləmək hüququna malikdir. İtirilmiş, zədələnmiş kartı əvəz etmək üçün yeni Kart almaq üçün İştirakçı *3103 qaynar xəttinə zəng edərək Çağrı Mərkəzinin Təşkilatçısı ilə birlikdə yeni Kartın verilməsi üçün Çağrı Mərkəzi ilə əlaqə saxlamalı və Bonusları köhnə kartdan yenisinə köçürməlidir. Kartın itirilməsi və ya zədələnməsi barədə Çağrı Mərkəzinə məlumat vermiş İştirakçı şəxsi məlumatlarını Çağrı Mərkəzinin operatoruna təqdim etməklə, habelə ona OTP kodunu (birdəfəlik parol) təqdim etməklə özünü təqdim etməlidir. Şəxsiyyəti təsdiq etdikdən sonra operator itirilmiş kartı bloklayır və müştərinin Çağrı Mərkəzi ilə əlaqə saxladığı andan etibarən 5 gün ərzində Bonusları yeni karta köçürür və İştirakçıya yeni kartı təqdim edəcək aptek ünvanını bildirir.
8.2. Əgər itirilmiş Kartda mövcud olan Bonuslar İştirakçı hesabı bloklamadan əvvəl xərclənibsə, Bonuslar bərpa edilmir.
9. Digər şərtlər
9.1. İştirakçı Proqram qaydaları və bütün dəyişikliklərlə www.butaAptek.az saytında tanış ola bilər.Bu Qaydaların saytda yerləşdirilməsi onların məzmunu və dəyişikliklər barədə İştirakçıların məlumatlandırılması üçün düzgün hesab olunur. İştirakçı Qaydalara edilən bütün dəyişikliklərlə müstəqil şəkildə tanış olmağa və mövcud Proqram Qaydaları barədə məlumatlı olmağa borcludur. Proqram İştirakçısı bu Proqramın bütün şərtlərinin ona aydın olduğuna zəmanət verir və onları tam şəkildə qəbul edir.
9.2. Müqavilə-təklif İştirakçının onun şərtlərini qəbul etdiyi andan qüvvəyə minir və İştirakçı Proqramdan çıxana və ya hər hansı səbəbdən onu ləğv edənə qədər etibarlıdır. İştirakçı Proqramdan çıxdıqda, onun Kartı bloklanır və yığılmış Bonuslar ləğv edilir. Eyni zamanda, İştirakçı ləğv edilmiş Bonuslar üçün Təşkilatçıdan hər hansı kompensasiya, o cümlədən nağd pul tələb etmək hüququna malik deyil.
9.3. Proqram üzrə mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll edilir. Təşkilatçı ilə İştirakçı arasında yaranmış mübahisəni danışıqlar prosesində həll etmək mümkün olmadıqda, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həll edilir.